George R. R. Martin-in romanlarına əsaslanan Game of Thrones filminin HBO tərəfindən ən çox izlənilən bölümləri açıqlandı. HBO-nun açıqladığı siyahıdakı bölümlərin ilk mövsümlərə aid olması diqqət çəkdi.
The Wolf and the Lion HBO Max siyahısında birinci yeri tutdu. İkinci yerdə A Golden Crown, üçüncü yerdə isə Cripples, Bastards and Broken Things bölümü qərarlaşdı.
The North Remembers dördüncü, Lord Snow beşinci, The Night Lands altıncı sırada yer aldı. Sıralamaya baxdıqda serialın ilk iki mövsümünü daha çox izləyicinin izlədiyi anlaşılır. Amma ilk sıradakı bölümün beşinci mövsümdə olması maraqlı bir istisnadır.
Bəs siz dünyanın hər yerindən milyonlarla pərəstişkar kütləsinə sahib olan Game of Thrones filminin hansı bölümünü sevirsiniz?
Comments