ƏYLƏNCƏFİLM

Game of Thrones film seriyasının davamı çəkilir

0

HBO Game of Thrones serialının davamını çəkmək üçün hazırlıqlara başlayıb.

İlk bölümü 17 aprel 2011-ci ildə yayımlanan HBO serialı Game of Thrones səkkiz mövsümdən sonra 19 may 2019-cu ildə final bölümü ilə tamaşaçıların qarşısına çıxdı. HBO Game of Thrones serialının davamını çəkmək üçün hazırlıqlara başlayıb.

Serialın ən diqqət çəkən personajlarından biri olan Jon Snow-u Kit Harinqton canlandırıb. Serialın davamının əsas mövusunun Jon Snow obrazının həyatı olacağı bildirilir.

Usta aktyor bu obrazı çox yaxşı canlandırdığına görə iki dəfə Emmi mükafatına namizəd olub. Game of Thrones-un səkkizinci mövsümündə əsl adının Eagon Targaryen olduğunu öyrənən Jon Snow son mövsümdə Westeros-dan sürgün edildi.

Game of Thrones serialının sezon finalında sağ qalan Arya Stark (Maisie Williams), Sansa Stark (Sophie Turner) və Brienne of Tarth (Gwendoline Christie) kimi personajların da yeni serialda yer alacağı düşünülür.

Boeing-in ilk sərnişinləri məlum oldu

Əvvəlki

SpaceX tarix yazdı: 36 saatda kosmosa 55 peyk göndərdi

Sonrakı
Login/Sign up