SAMSUNG

Galaxy S21 FE

0

Bu ilin əvvəlində flaqman Galaxy S21 seriyasını buraxan Samsung, ənənəni pozmadan istifadəçilərə sərfəli bir alternativ təqdim edəcək. Samsung Galaxy S21 FE modelini çıxarmağa hazırlaşır.

Əvvəllər haqqında çıxan müxtəlif xəbərlərlə gündəmdə olan Galaxy S21 FE, Samsung veb saytında ortaya çıxdı, amma məhsul haqqında heç bir texniki məlumat paylaşılmadı.

Yayılan şayiələrə görə S21 FE-nin 6.4 düymlük AMOLED ekranı Full HD + görüntü keyfiyyəti və 120 Hz yeniləmə sürəti təqdim edəcək. 12 Megapikselli üç arxa kameraya sahib olması gözlənilən telefon, 32 Megapiksellik ön kameraya sahib olacaq.

Boz, gümüş, mavi, yaşıl və bənövşəyi də daxil olmaqla bir çox rəng seçimində buraxılması gözlənilən S21 FE-nin 4500 mAh-lik bir batareya ilə işləyəcəyi gözlənilir.

Galaxy S20 FE-nin yerini alacaq Galaxy S21 FE-nin bazara çıxma tarixi məlum deyil.

Amazon rekord qırdı

Previous article

Mars helikopterinə yeni missiya təyin olundu

Next article

You may also like

Comments

More in SAMSUNG