SAMSUNG

Galaxy Buds Pro qulaqlığının Adidas-a özəl xüsusi versiyası təqdim edildi

0

Samsung dünyaca məşhur geyim markası Adidas ilə əməkdaşlığa başladı. Galaxy Buds Pro qulaqlıq modelinin Adidas versiyasını təqdim edən şirkət, məhsulu “Samsung Galaxy Buds Pro Adidas Originals Special Pack” adı ilə satışa çıxardı.

“Samsung Galaxy Buds Pro Adidas Originals Special Pack” olaraq təqdim olunan məhsulda yaşıl və ağ rənglər üstünlük təşkil edir. Buna səbəb ekoloji təmiz məhsullara diqqət çəkməkdir. Şlyapaya oxşar bir qutu ilə istifadəçilərə təqdim olunan qulaqlığın texniki cəhətdən orijinal məhsuldan heç bir fərqi yoxdur. Şirkət cihazı Cənubi Koreyadan alanlara Adidas Stan Smith idman ayaqqabısı üçün endirim kuponu hədiyyə edir.

Telefonlarını bu cihaza bağlayan Samsung istifadəçilərini avtomatik olaraq “Adidas Original” teması qarşılayacaq. Bu tema kilid ekranı, tətbiq nişanları, zəng ekranı və mesaj tətbiqinin dizaynını dəyişdirəcək. Bundan əlavə istifadəçilər telefonlarının ana ekranında Adidasın rəsmi onlayn mağazasına sürətli giriş imkanı verən bir qısayol görəcəklər.

Google Translate yüklənmə rekordu qırır

Previous article

Bu günədək ən çox satılan PlayStation oyunları

Next article

You may also like

Comments

More in SAMSUNG