ƏYLƏNCƏOYUN

Fortnite-ə yeni Marvel personajı gəldi

0

Fortnite Marvel-dən bir çox personajı oyuna daxil etdi. Oyunçulardan aldıqları müsbət rəylərə əsasən deyə bilərik ki, bunu etməyə davam edəcəklər. Gətirdikləri personajlarla oyunçulara yeni oyun rejimləri təklif edilir.

Oyuna yeni Marvel personajı olaraq Ant-Man əlavə edildi. Fortnite əvvəl rəsmi Twitter hesabında paylaşdığı Ant-Man-in 3 şəkli ilə personajın oyuna əlavə ediləcəyini bildirdi. Əlbətdə ki, bunu edərkən əyləncəli yol seçildi. Yeniliyə əyləncəli bir şəkildə yanaşan Fortnite, Ant-Man-i hər şəkildə fərqli yerlərə qoydu.

Paylaşdıqları ilk şəkildə Ant-Man Cable-nin sağ qolunun üzərində dayanırdı. Yayımladıqları ikinci şəkildə Blade qılıncının ucunda idi. Üçüncü şəkildə Ant-Man Kapitan Amerikanın sol çiynində dayanır. Paylaşdıqları son görüntüdə məqsəd Ant-Man-in özünü və aksesuarlarını təqdim etmək idi.

Ant-Man qazma aləti olaraq yaşıl zeytun keçirilmiş çöpdən, bel çantası olaraq isə Ant-Tonio-dan istifadə edir.

WhatsApp mesajları öz-özünə silinəcək

Previous article

Google-dan “Beynəlxalq Qadınlar Günü” üçün xüsusi doodle

Next article

You may also like

Comments

More in ƏYLƏNCƏ