İDMANMEDİA

Formula 1 Avropa Qran Prisi çərçivəsində jurnalistlərlə görüş keçirilib

0

Noyabr ayının 4-də Bakı Şəhər Halqası Abşeron mehmanxanasında media nümayəndələri üçün ilk seminarını keçirib.

Seminar tədbirini giriş sözləri ilə açan şirkətin Marketinq və Kommunikasiya departamentinin direktoru Nigar Arpadarai tədbirə qatılan jurnalistlərə 2016-cı ildə Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisi barədə ətraflı məlumat verib.

Media işçiləri üçün maarifləndirmə xarakteri daşıyan seminar tədbiri zamanı iştirakçılara yarışa hazırlıq çərçivəsində görülən tədbirlər, təşkilati məsələlər və eləcə də media əməliyyatları ilə bağlı geniş təqdimat verilib.

Belə ki, görüşün ilk hissəsində Formula 1 avtoidmanı nədir, turnirin beynəlxalq təşkilatçıları, iştirakçı komandalar və 2016-cı ildə yarışa ilk dəfə ev sahibliyi edəcək Bakı Şəhər Halqasının xüsusiyyətlərindən söz açılıb. Tədbirin qeyri-formal şəkildə davam edən sual-cavab hissəsində ev sahibliyi çərçivəsində şəhərdə aparılacaq tikinti-quraşdırma işləri, yarış vaxtı xüsusi olaraq jurnalistlər üçün təmin olunacaq iş mühiti, media akreditasiyası barədə məsəslələrə aydınlıq gətirilib. Jurnalistləri düşündürən suallar cavablandırılıb.

ASAN xidmət İtaliya mətbuatında

Previous article

Facebook gündəlik 1 milyard istifadəçiyə çatdı!

Next article

You may also like

Comments

More in İDMAN