OYUN

Far Cry 6 heyvansevərlərin qəzəblənməsinə səbəb oldu

0

Far Cry döyüş oyunları dedikdə ilk ağıla gələn video oyunlar sırasındadır. Bu yaxınlarda oyun seriyaları şəklində oyunsevərlərə təqdim olunan məşhur video oyunun  altıncı seriyası Far Cry 6 istifadəçi qarşısına çıxdı.

2021-ci ilin ən maraqlı oyunlarından olan Far Cry 6 yayımlanandan qısa müddət sonra etirazların mərkəzinə çevrildi.

“PETA” təşkilatı oyundakı “xoruz döyüşü” mini oyununa etirazını bildirdi və bu bölmələri oyundan çıxarmaq üçün işə başladı.

PETA Latino şirkətinin icraçı direktoru Alicia Aguayo “Xoruz döyüşü kimi qorxunc və qanlı bir idman növünü Mortal Kombat tipli bir video oyununa inteqrasiya etmək heç də maraqlı deyil. Cəmiyyət bu gün heyvanları bir-biri ilə ölümcül mübarizə aparmağa məcbur edən bu cür idman növlərinə qarşıdır.” ifadələri ilə bir heyvansevər olaraq oyunda heyvanların bir-biri ilə döyüşdürülməsinə öz sərt reaksiyasını ortaya qoyub.

Perseverance Marsda həyat izləri axtarmağa davam edir

Əvvəlki

Windows 11 Ryzen prosessorlu kompüterləri yavaşladır

Sonrakı

Rəylər

Login/Sign up