İNTERNETTEXNOLOGİYA

Facebook və Google iki qitəni birləşdirəcək

0

Pandemiyanın da təsiri ilə İnternet həyatımızda hava-su kimi əhəmiyyətli amilə çevrildi. Bu fürsətdən istifadə edən şirkətlər internet infrastrukturlarına investisiya qoymağa davam edirlər.

Facebook qitələr arasında internet bağlantısının gücünü artırmaq üçün Google ilə birlikdə Sinqapur, İndoneziya və Şimali Amerikadakı telekommunikasiya şirkətləri ilə ortaq bir layihə üzərində işlədiklərini söylədi.

Şimali Amerikanı dünyanın dördüncü ən sıx əhaliyə sahib ölkəsi olan İndoneziyanın bəzi əsas bölgələrinə birbaşa bağlayacaq bu ilk internet xətti layihəsi qonşu ölkələrin də internet sürətini artıracaq.

Facebook Network Investments-in vitse-prezidenti Kevin Yava dənizini fərqli bir marşrutla keçən Echo və Bifrost adlanan bu kabellərin ümumi sualtı internet gücünü təxminən 70% artıracağını açıqlayıb.

2020-ci ildə İndoneziya İnternet Provayderlər Birliyi tərəfindən aparılan bir sorğuya görə İndoneziyanın 270 milyon əhalisinin 73 faizi aktiv internet istifadəçisidir.

Sözügedən layihənin 2023-cü ilə qədər tamamlanması planlaşdırılır.

NASA Azərbaycan muğamını kosmosa göndərib

Previous article

Artıq dünyaca məşhur Luvr muzeyini onlayn ziyarət etmək mümkündür

Next article

You may also like

Comments

More in İNTERNET