FACEBOOK

Facebook-un fan səhifəsinə təsdiq nişanı verməsi qalmaqal yaratdı

0

Facebook qalmaqallı addımı ilə gündəmə gəldi. Bildiyiniz kimi məşhur sosial media platformasında seçilmiş hesablara “mavi tık” yəni, təsdiq nişanı verilir.  Məşhurların mərkəzdə yer aldığı bu sistem görünüşə görə Facebook-un günahı ucbatından çoxlarının başını ağrıdacaq. Çünki bu yaxınlarda platforma fan səhifəsini real hesabla səhv salıb və ona təsdiq nişanı qoyub.

Səhifə İlon Mask üçün yaradılmış fan səhifəsi olub. Səhifə sahibi hesabın fan səhifə olması ilə bağlı hətta səhifədə bəzi məlumatlar da yerləşdirib. Bütün bunlara baxmayaraq Facebook elə bilib ki, səhifə İlon Maskın özünə aiddir.

Sonradan məlum olub ki, 153 min izləyicisi olan səhifə bundan əvvəl düz 6 dəfə adını dəyişib.

Maraqlısı budur ki, normalda facebook hər hansı səhifəyə təsdiq nişanı verməzdən əvvəl bir neçə sənəd tələb edir.

Daha əvvəl 6 fərqli addan istifadə edən səhifənin təsdiq nişanı aldıqdan sonra digər Facebook istifadəçilərini aldatmağa çalışdığı öyrənilib. Səhifə yoxlamalardan sonra bağlanıb.

Tesla-nın veb-saytında kriptovalyutalar ilə bağlı gizli kodlar ortaya çıxdı

Əvvəlki

NASA Crew-3 uçuşunu yenidən təxirə saldı

Sonrakı
Login/Sign up