FACEBOOK

Facebook iPhone istifadəçilərini necə izləyir?

0

Smartfon istifadə edən hər kəs yəqin ki, izlənildiyinin fərqindədir. Hər hansı bir məhsul haqqında danışdıqdan sonra sosial şəbəkədə onun barəsində mütləq bir reklam qarşınıza çıxır. Mobil tətbiqlər telefonunuzdan topladığı şəxsi məlumatlar sayəsində sizi tanıyır.

Bu dəfə də iPhone istifadəçilərini izləmək üçün Facebook, Instagram və WhatsApp-ın istifadə etdiyi üsul ortaya çıxdı. Təhlükəsizlik üzrə tədqiqatçı  Tommy Mysk-in dediyinə görə, tətbiqlərdə olduğunuz ünvanı görmə özəlliyini bağlasanız da, yerinizin aşkarlanmasının qarşısını ala bilməzsiniz. Bunun səbəbi smartfondakı akselerometr sensorudur.

Mövzunu daha yaxşı başa düşmək üçün ilk növbədə akselerometrin iş məntiqini başa düşmək lazımdır. Akselerometr telefonun hərəkətlərini ox əsasında izləmək üçün istifadə olunur. Məsələn, telefonu üfüqi şəkildə istifadə etdiyiniz zaman tətbiqlərin də avtomatik olaraq üfüqi rejimə keçməsi akselerometr sayəsində mümkün olur. Fitnes tətbiqlərindəki addımölçmə xüsusiyyətləri də bu sensor ilə işləyir.

Araşdırmalar nəticəsində məlum olub ki, Facebook iPhone-da akselerometrdən istifadə edərək məkan görmə funksiyası bağlı olsa belə insanları izləyə bilir. Məntiq belə işləyir:

Facebook telefonunuzdan topladığı akselerometr məlumatlarını heç tanımadığınız insanlarla uyğunlaşdırır. O, oxşar məlumatları müqayisə edərək dəqiq yerinizi tapır. Mysk Facebookun bunu necə etdiyini aşağıdakı nümunə ilə izah edib:

Məsələn, Facebook ilə dəqiq yerini paylaşan bir sərnişinlə eyni avtobusa minəndə Facebook hər ikinizin eyni yerdə olduğunu asanlıqla başa düşür. Çünki avtobusun dayanıb, hərəkət etməsi zamanı hər ikinizin telefon titrəyişləri eyni olacaq.

Onun sözlərinə görə, iMessage, Telegram, Signal, TikTok və WeChat proqramlarının bu sensordan istifadə etmir.

Məxfiliyinizin qorunması ilə bağlı narahat olursunuzsa, Facebook, WhatsApp və Instagram proqramlarını silməkdən başqa çarəniz yoxdur. Əks halda, təəssüf ki, məkan məlumatınızın qarşı tərəfin əlinə keçməsinin qarşısını ala bilməyəcəksiniz.

İlon Mask Shiba Inu kriptovalyuta sahiblərinin keyfini pozdu

Əvvəlki

Apple Watch 8 haqqında yeni iddialar ortaya çıxdı

Sonrakı
Login/Sign up