TEXNOLOGİYA

Ev heyvanlarına mikroçip taxılacaq

0

Ev heyvanları üçün mikroçip tətbiqi başlayır. Türkiyədə alınan yeni qərara əsasən pişiklərə və itlərə mikroçip taxmaq məcburi oldu.

Rəsmi Qəzetdə yayımlanan məlumata görə, Türkiyədə itlərə 2021-ci ilin sonuna qədər, pişiklərə isə 2022-ci ilin sonuna qədər mikroçip taxılmalıdır.

Mikroçip tətbiqi ilə heyvanların küçələrə atılmasının qarşısını almaq və oğurlanan heyvanları daha asan tapmaq məqsədi daşıyır. Mikroçip tətbiqinin heyvan xəstəliklərinə nəzarətdə də aktiv rol oynayacağı gözlənilir.

Heyvan sahibləri, doğumdan ən gec üç ay sonra müvafiq qurumlara müraciət etməlidirlər. Bu müraciətdən sonra ev heyvanına mikroçip əlavə olunaraq pasport veriləcək. Çiplərin taxılması Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən səlahiyyət verilmiş baytarlar tərəfindən həyata keçiriləcək.

Ev heyvanına mikroçip taxdırmayan vətəndaşlara cərimə tətbiq olunacaq.

NASA Marsda oksigen əldə etdi

Previous article

Samsung Galaxy A22 5G haqqında ilkin məlumatlar

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA