TƏTBİQ

Eşitdiyiniz mahnının adını tapmaq üçün 3 ən məşhur tətbiq

0

Radio dinləyərkən və ya film seyr edərkən xoşunuza gələn bir mahnıya rast gəlirsiniz, amma dinlədiyiniz mahnının kimə aid olduğu və ya adı barədə ən kiçik bir fikriniz yoxdur. Belə hallarda ilk edilən YouTube-da mahnının sözlərini yazıb axtarış etməkdir. Bəs mahnı bilmədiyiniz bir dildə olarsa, nə etməli? Tam da bu məqamda köməyinizə mahnıları tapmaq üçün hazırlanmış xüsusi proqramlar gəlir. Bu proqramlar sayəsində mahnı adlarını asanlıqla tapa bilərsiniz.

Bu yazımızda Shazam başda olmaqla, ən yaxşı 3 tətbiqetmə haqqında danışacağıq.

Hər tətbiqin öz vəzifələri və xüsusiyyətləri olduğu üçün seçim sizin ixtiyarınızdadır.

Shazam

Ən məşhur mahnı tapma tətbiqlərindən biri olan Shazam, çox zəngin xüsusiyyətlərə malikdir. Ödənişli və pulsuz olmaqla iki fərqli versiyaya sahib olan tətbiq saniyələr içində istədiyiniz mahnını tapır.

Shazam mahnını tapdıqdan sonra mahnının sözlərini, müəyyən bir hissəsini və hətta mahnının videolarını izləməyə imkan verir.

Oflayn işləyə bilən Shazam tətbiqi, internet bağlantısı olan anda yaddaşında saxlanan musiqini tapa bilir.

SoundHound 

Shazam tətbiqetməsinə alternativ axtarırsınızsa, SoundHound tətbiqetməsinə baxmanızı məsləhət görürük. Proqramın işləmə məntiqi Shazam-a bənzəyir. Amma onu vurğulayaq ki, bəzi məqamlarda Shazam-dan daha bacarıqlıdır.

SoundHound digər mahnı tapan tətbiqlərə nisbətən fərqli xüsusiyyətlərə malikdir. Tətbiqin ən diqqət çəkən xüsusiyyəti şübhəsiz ki, “hands free” rejimidir. Bu xüsusiyyət sayəsində heç bir düyməyə basmadan “Ok Hound” dediyiniz anda tətbiq istədiyiniz mahnını təyin etməyə başlayacaq.

SoundHound-un “hands free” rejimi sayəsində sevdiyiniz sənətçinin ən son çıxan mahnısını öyrənə bilərsiniz. Eyni zamanda istədiyiniz mahnını zümzümə edərək mahnının orijinal versiyasını tapa da bilərsiniz. Ödənişli və pulsuz olmaqla iki fərqli versiyası olan SoundHound tətbiqetməsinin Spotify və Google Play dəstəyi var.

Musixmatch

Ən böyük söz bazasına sahib olan Musixmatch dünyada 70 milyondan çox istifadəçisi olan ən yaxşı mahnı tapma tətbiqlərindən biridir.

İşləmə konsepsiyasına görə digər tətbiqetmələrdən fərqlənən Musixmatch mahnıların sözlü və səsli olmaqla iki formasını tapır. Musixmatch-in geniş söz bazası sayəsində mahnının bir hissəsini tətbiqə dinlədərək və ya mahnının bir sətrini yazaraq bilmədiyiniz bir mahnını asanlıqla tapma imkanınız var.

Tətbiqin Spotify, YouTube, SoundCloud, Pandora, Apple Music və Google Play Music dəstəyi var. Musixmatch musiqini dinləyərkən mahnı sözlərini də görə biləcəyiniz nadir mahnı tapan tətbiqlərdən biridir. Tətbiqin 58 dil dəstəyi sayəsində sevdiyiniz mahnının sözlərini istədiyiniz dilə çevirə bilərsiniz.

İlon Mask-dan çılğın layihə

Previous article

Perseverance Marsda haradan gəldiyi bilinməyən bir qaya tapdı

Next article

You may also like

Comments

More in TƏTBİQ