APPLE

Əlverişli qiymətə MacBook Air modeli gəlir

0

Texnologiya analitiki Ming-Chi Kuo tezliklə sərfəli bir Apple MacBook Air ilə qarşılaşacağımızı açıqladı. Şirkətin ilk nisbətən aşağı səviyyəli noutbuku olacaq bu model haqqında ətraflı məlumat paylaşdı. Cihazın çıxma tarixi ilə bağlı iddialarını da dilə gətirdi.

Kuo ötən il də bənzər bir iddia irəli sürmüşdü. Analitik 2022-ci ildə indiki M1 versiyasından daha ucuz qiymətə yeni bir MacBook Air-in gələcəyini söyləmişdi. O vaxt da cihaza mini LED ekran texnologiyasının tətbiq olunacağı vurğulanmışdı. İndi bu iddialar yenidən gündəmə gəldi.

Kuoya görə yeni MacBook Air cihazları Apple Silicon prosessoru ilə təchiz olunacaq. Analitik bunun son zamanlarda artan çipsetin qiymətini xeyli azaldacağına inandığını söylədi.

Analitik şirkətin mini-LED ekranlı 14 və 16 düymlük MacBook Pro cihazlarını növbəti ildə satışa təqdim edəcəyini iddia edir. MagSafe və SD kart yuvası yeni nəsil Apple Silicon prosessoru ilə birlikdə yeni cihazda istifadəçiləri qarşılayacaq. Əlavə olaraq, Apple-ın Touch Bar-dan imtina etməsi ehtimalı da var.

Əlbəttə ki, bütün bunlar hələlik yalnız iddialardır. Amma analitikin fikirləri olduqca inandırıcı görünür. Apple-ın tezliklə ucuz MacBook Air və Pro modellərini satışa təqdim etməsi mümkündür. Hətta 2022-dən daha tez.

Gözləri qoruyan ağıllı lövhə

Previous article

Life is Strange-in yeni oyunu gəlir

Next article

You may also like

Comments

More in APPLE