TƏDBİR

E3 2023 hansı tarixdə baş tutacaq?

0

Oyun və əyləncə dünyasının ən mühüm tədbirlərindən biri olan E3 gələn il fiziki olaraq, yəni “ofline” keçiriləcək. Tədbiri hazırlayan Entertainment Software Association E3 2023 üçün əhəmiyyətli dəyişikliklər planlaşdırdığını açıqladı. İyunun 13-də başlayacaq E3-də iş adamları və oyunçular üçün ayrıca tədbirlər keçiriləcək.

Böyük əyləncə yarmarkası adlandıra biləcəyimiz E3 13 iyun 2023-cü ildə qapılarını yenidən açacaq. Bir müddətdir onlayn olan və 2022-ci ildə keçirilməyən E3 gələn il böyük qayıdış etmək istəyir. “Entertainment Software Association”dan verilən açıqlamaya görə, tədbir “Business Days” və “Gamer Days” olaraq iki yerə bölünəcək.

Los Angeles Konqres Mərkəzində keçiriləcək tədbirdə yeni oyunlar elan ediləcək və iş dünyasından bir çox şirkət görüşlər keçirəcək. Yalnız sənaye işçilərini əhatə edəcək Business Days iyunun 15-dək davam edəcək.

E3 Gamer Days iyunun 15-də başlayacaq və bileti olan hər kəsə açıq olacaq. Entertainment Software Association tərəfindən verilən məlumata görə, Gamer Days istehlakçıları praktiki olaraq oyun oynamağın gələcəyini yaşamağa və tərtibatçılar, yaradıcılar, media mütəxəssisləri ilə əlaqə saxlamağa dəvət edir.

Starlink İran üçün aktivləşdirildi

Əvvəlki

Samsung Galaxy A54 xüsusiyyətləri ortaya çıxdı

Sonrakı
Login/Sign up