TƏDBİR

E3 2021 tədbiri onlayn keçiriləcək

0

E3 2021 12-15 iyun tarixlərində keçiriləcək. Tədbir təşkilatçısı olan Entertainment Software Association (ESA) bu ilki tədbiri onlayn olaraq təşkil edəcəyini açıqladı. Tədbirdə iştirakı təsdiqlənənlər arasında Capcom, Konami, Nintendo, Take-Two Interactive, Ubisoft, Warner Bros. Games və Xbox var. Sony-dən builki tədbirdə iştirakı barədə bir açıqlama gəlmədi.

Ötən il ESA koronavirus səbəbindən E3-ü tamamilə ləğv etmişdi. O vaxt ləğv qərarı alındıqdan sonra fərqli yollara baş vurulacağı deyilirdi.

Əldə olunan bilgilərə görə, ESA tədbiri hər kəs üçün pulsuz etməkdən ötrü qlobal media tərəfdaşları ilə birlikdə işləyəcək. Hər il olduğu kimi, oyun yaradıcıları yeni oyunlarını oyun pərəstişkarlarına E3 2021 vasitəsilə nümayiş etdirəcəklər.

500 milyon LinkedIn istifadəçisinin bilgisi oğurlandı

Əvvəlki

The Day Before video oyununun treyleri yayımlandı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up