BİZNESMARKETİNQ

Dünyanın ən bahalı 5 loqotipi

0
Loqo müştərilərin qarşısında biznesinizi təmsil edir. Buna görə də biznesinizin fəaliyyətini müştəriyə düzgün ifadə edən və diqqət çəkən bir loqo hazırlamağınız vacibdir. Bəs belə bir peşəkar loqo biznes sahibinə nə qədərə başa gəlir? Bu, əslində büdcədən asılıdır. Biz bu yazımızda dünyanın ən bahalı 5 loqotipindən danışacağıq.
5. Avstraliya və Yeni Zelandiya Bankinq Qrupu (ANZ) Loqotipi — 15,000,000$

ANZ loqosu iki nəhəng bankın birləşməsi zamanı hazırlanmışdır. Loqotipdə onların adlarının ilk hərflərinin bir abbreviaturada birləşdirilməsindən istifadə edilib. Dizaynerlər bu loqotipdə təhlükəsizlik, rifah və firavanlığı vurğulamaq üçün ağ və mavi rənglərdən istifadə ediblər. Yeri gəlmişkən, PayPal loqosunda da eyni rənglərdən istifadə edilib.

4. Posten Norge Rebrand — 55,000,000$

 

Digər ən bahalı loqo Posten Norge Rebrand-dir. Qiymətin yüksək olmasına baxmayaraq, loqo olduqca sadə, aydın və uğurlu alınıb. Poçt xidmətinin rebrendinqi zamanı yaradılan loqotipdə təşkilatın adından istifadə edilib. Loqotipdə daralan dairələr “axın”ı xatırladır.

3. Accenture Loqo Dizaynı — 100 000 000$

Təşkilatın adından, keyfiyyətlərindən və rəqəmsal təsvirdən ibarət bu loqotip üçün düz doqquz rəqəmli məbləğ ödənilib. Loqo yaradılarkən əsas konsepsiya təşkilat davamlı olaraq gələcəyə, inkişafa və irəliləməyə çalışdığını vurğulamaq idi. Loqotipə mənfi rəylərin gəlməsinə baxmayaraq, şirkət hazırda bazarda yüksək səviyyədə fəaliyyət göstərir və brendi kifayət qədər reputasiya qazanıb.

2. British Petroleum Logo & Marketing — 210,000,000$

 

Dünyanın ən bahalı 2-ci loqosu British Petroleum Logo & Marketing-ə aiddir. Brendin əsas məqsədi özlərini rəng birləşmələri ilə təqdim etmək idi. Təşkilatın adından da görünür ki, şirkət fəaliyyəti zamanı müəyyən dərəcədə ətraf mühitin çirklənməsinə səbəb olur. Buna görə də onlar bu loqo dizaynında müştərilərinə çirklənməni minimuma endirməklə və ətraf mühiti mümkün qədər yaşıl saxlamaqla fəaliyyət göstərdiklərini çatdırmaq istəyiblər və bunu etməyi bacarıblar.

1. Symantec Brand & Acquisition — 1,280,000,000$

Və sıra çatdı dünyanın hazırki ən bahalı loqosuna. Nə az, nə çox 1,280,000,000$ dəyərindəki bu loqo Symantec şirkətinə məxsusdur. Şirkətin fəaliyyəti veb-sayt təhlükəsizliyini təmin etməkdən ibarətdir. Loqonun əsas komponenti şirkətin fəaliyyətini tam əks etdirir.  Ümumilikdə loqo təhlükəsizlik, inam və davamlılıq hissi yaradır.

Starfield-in çıxış tarixi məlum oldu

Əvvəlki

İlon Mask Tesla işçilərini işdən çıxarmaqla hədələyir

Sonrakı
Login/Sign up