AVTOMOBİL

Dünyada ən çox satılan idman avtomobili

0

Gələn həftə 57 yaşını qeyd edəcək olan Ford Mustang, dünyanın ən çox satılan idman avtomobili brendi olduğunu elan etdi. Şirkət bu vaxta qədər 6 dəfə bu adı qazanıb.

Ən çox satılan idman avtomobili brendi Ford, GT350, GT350R və GT500 modelləri də daxil olmaqla Mustang-ın yüksək performanslı versiyaları ilə bu nəticəni əldə etdiyini bildirdi. 2020-ci ildə dünya səviyyəsində 80 min 577 avtomobil satan şirkət, idman avtomobillərinin 15,1%-nə sahib olduğunu söylədi. Əvvəlki ildə isə bu göstərici 14,8% təşkil edirdi.

Fordun paylaşdığı məlumatlara görə, şirkət Mustang satışlarının təxminən dörddə üçünü ABŞ-da həyata keçirib. Təkcə Texasda 8 min 600, Kaliforniyada 6 min 200 və Floridada 5 min 864 avtomobil satılıb.

Bitcoin 64 min dolları keçdi

Previous article

Fast and Furious 9 filmindən yeni treyler gəldi

Next article

You may also like

Comments

More in AVTOMOBİL