SMARTFONXƏBƏRLƏR

Dünya liderlərinin istifadə etdiyi mobil telefonlar

0

Texnologiya gündən-günə inkişaf edir, hər il yeni özəllik və texnologiyalarla yeni smartfon modelləri pərəstişkarlarını həyəcanlandırır.  Lakin ölkələrin dövlət başçıları hər dəfə yeni model smartfon alma tərəfdarı deyillər. Buna bəzən şəxsi seçimləri, bəzən də təhlükəsizlik tədbirləri səbəb olur.

Bu dəfəki yazımızda sizi ölkə liderlərinin istifadə etdiyi telefon modelləri ilə tanış edəcəyik.

Əvvəlcə qardaş Türkiyədən başlayaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Apple iPhone 8 Plus smartfonundan istifadə edir. Əksər ölkə liderləri təhlükəsizlik baxımından Android-dən daha təhlükəsiz və güvənli olan iOS əməliyyat sistemini seçirlər.

ABŞ prezidenti Joe Biden də Ərdoğan kimi iOS əməliyyat sisteminə üstünlük verənlər arasındadır. Biden ən müasir cihazlardan biri olan iPhone Xs modelindən istifadə edir.

Şimali Koreya lideri Kim Jong-Un Pyongang Touch, Almaniya kansleri Angela Merkelin modeli bizə məlum olmayan bir Blackberry smartfonundan istifadə edir.

Rusiya Prezidenti Vladimir Putinin istifadə etdiyi telefon modeli gizli saxlanıldığı üçün onun haqqında bir məlumat yoxdur.

Tails of Iron video oyunundan yeni treyler yayımlandı

Previous article

Pink Floyd qrupunun gitaristi Facebook CEO-sunun təklifini rədd etdi

Next article

You may also like

Comments

More in SMARTFON