Death Stranding ilk olaraq yalnız PS4 konsoluna özəl olaraq çıxdı. Oyunun konsol versiyası böyük satış rəqəmlərinə çatdı. Daha sonra PC versiyasına uyğunlaşdırılan oyun konsolda olduğu kimi uğurlu nəticələr əldə etdi. Publisher 505 Games-in ana şirkəti olan Digital Bros, son maliyyə hesabatında oyunun diqqət çəkən gəlir göstəricilərini paylaşdı.
PC versiyası 2020-ci ilin iyul ayında çıxan oyun, 31 dekabr 2020-ci il tarixinə qədər olan qısa bir müddətdə 27 milyon dollardan çox qazandı. Beləliklə, il ərzində Control və Ghostrunner kimi şirkətlərin sahib olduğu AAA (genişmiqyaslı) oyunlarını üstələdi.
Oyunun qısa treylerini aşağıdakı videoda izləyə bilərsiniz.
Comments