TEXNOLOGİYA

Dadbilən robot ixtira edildi

0

Mətbəx robotları məişətimizdə daha geniş vüsət aldıqca tədqiqatçılar işlərini daha intensivləşdirirlər.

Kembric Universitetinin mühəndislərindən ibarət komanda yemək hazırlayarkən xörəyin “dadını” müəyyən edə bilən robot hazırlayıb.

Təcrübə əsasında robot tədqiqat qrupunun hazırladığı bir boşqab pomidor-yumurtanın duzlu və ya duzsuz olduğunu dəqiq təyin edib.

Robotun qolunun ucunda yerləşən kiçik bir çip robotun kompüteri tərəfindən hərtərəfli dad xəritəsi yaradaraq müxtəlif yerlərdə yeməklərdən dəfələrlə nümunələr götürə bilir.

Qidaçeynəmə prosesinin müxtəlif mərhələlərini təqlid etmək üçün yemək müxtəlif tezliklərdə qarışdırılır və hər dəfəsində yeməyin dad tərkibi tərtib edilir.

Robot aşpaz yeməyin hazırlanması zamanı daha çox ədviyyata ehtiyac olub-olmamasına da qərar verir.

Araşdırmaçı komanda bildirib ki, robotlar insanların çeynəmə və dadalma proseslərini mənimsəyərək adamların zövq alacaqları yeməklər də hazırlaya biləcəklər.

Yaxın gələcəkdə tədqiqatçılar robot aşpaza nəyin yaxşı və ya pis olduğunu öyrədərək daha yaxşı yeməklər hazırlamağa kömək etməyi hədəfləyirlər.

İlon Mask Twitter-i ələ saldı

Əvvəlki

Yandex-dən yeni böyükölçülü video-bannerlər

Sonrakı
Login/Sign up