TƏTBİQ

Clubhouse yükləmələrində kəskin azalma oldu

0

Fəaliyyətə başladığı gündən bəri böyükdən kiçiyə hər kəsin gündəmində olan Clubhouse, pandemiya səbəbiylə evdə qalan insanlar üçün yeni bir əyləncə dünyası yaratdı. 2020-ci ilin aprelində istifadəyə verilən səsli söhbət tətbiqi qısa zamanda dəyərini 4 milyard dollara yüksəltdi.

App Store-un ən çox yüklənən tətbiqlər siyahısında olan Clubhouse-un populyarlığının azaldığı ortaya çıxdı.

ABŞ mərkəzli sosial media şəbəkəsini fevral ayında 9.6 milyon insan yükləmişdi. Sürətli yüksəliş yaşayan Clubhouse, mart ayında 2,7 milyon istifadəçi tərəfindən yükləndi. Mobil tətbiqetmələrin bazar payları ilə bağlı araşdırma aparan Sensor Tower, tətbiqlə əlaqəli yeni statistikaları paylaşdı.

Sensor Tower  Clubhouse-un aprel ayında 1 milyon yükləmə limitinə çatmadığını söylədi. Şirkət tətbiqin 922 min dəfə yükləndiyini bildirdi. Əlbəttə bu hələ böyük rəqəmdir. Bununla birlikdə, əvvəlki ayların məlumatlarını nəzərə alaraq, Clubhouse populyarlığının sona çatma və ya yavaşlama təhlükəsi ilə üzləşə biləcəyi təxmin edilir.

ASUS Zenfone 8 haqqında yeni bilgilər sızdırıldı

Previous article

GTA 6 buraxılış tarixi ilə bağlı yeni iddia ortaya çıxdı

Next article

You may also like

Comments

More in TƏTBİQ