TƏTBİQXƏBƏRLƏR

Clubhouse qadağan olundu

0

Hal-hazırda yalnız iPhone və iPad-də işləyən və ancaq dəvət ilə qoşulmaq mümkün olan Clubhouse tətbiqi son zamanlarda dünyada və ölkəmizdə ciddi bir populyarlıq qazandı. Durmadan istifadəçi sayını artıran tətbiq Çində qadağan olundu. Beləliklə, tətbiqi qadağan edən ilk ölkə Çin oldu.

Bəs qadağaya səbəb nədir?

Clubhouse tətbiqi bütün ölkələrdə olduğu kimi Çində də sürətlə yayıldı. Senzura tətbiq edilməyən platformaya insanlar axın etdilər. Çinli istifadəçilərin böyük hissəsi “otaqlar” yaradaraq Uyğur türkləri və Tayvanın müstəqilliyi kimi bəzi mövzuları müzakirə etməyə başladılar. Belə olduğu halda dövlətin platformaya qadağa gətirməsi gözlənilən hal idi.

Çinin internetə qarışı bir ölkə olması hamıya məlumdur. Çində Google xidmətlərinə və ya Facebook kimi sosial media platformalarına girişiniz qadağandır. Çində ancaq Weibo kimi öz ölkələrinə məxsus platformalar istifadə olunur.

Onu da qeyd edək ki, hazırda Pekin vaxtı ilə bazar ertəsi axşam 19.00 radələrində bloklanan tətbiqdən  Çinin bəzi şəhərlərində VPN istifadə edərək istifadə edilir.

İlon Mask kitab yazdığını söylədi

Previous article

Instagram fotolarınızı gözəlləşdirmək üçün 4 tətbiq

Next article

You may also like

Comments

More in TƏTBİQ