AVTOMOBİL

Çirkli havanı vakuumlayan sürücüsüz avtomobil

0

Mühəndislər havanı təmizləyən sürücüsüz avtomobil dizayn etdilər. Airo adlı avtomobil hərəkətdəykən ətraf mühitə karbon qazı yaymamaqla bərabər, eyni zamanda ətraf mühitdəki zərərli qazları da vakumlayacaq. Şirkət avtomobili Şanxayda keçirilmiş avtomobil sərgisində təqdim etdi.

 

Avtomobilin konsepsiyası Londonda yerləşən Heatherwick Studio tərəfindən hazırlanıb. Çirklənməni aktiv şəkildə təmizləmək üçün HEPA, yəni yüksək səviyyəli hava filtrləmə sistemi Airo-ya quraşdırılacaq. Bu filtr sayəsində avtomobil ətrafdakı çirkli havanı təmizləyəcək və yerinə təmiz hava buraxacaq.

Əlavə olaraq, Airo konsept avtomobilində sərnişinlərin yemək yeməsinə imkan verən çevik bir oturma sahəsi var. Avtomobil həm sürücü nəzarətində, həm də avtonom (sürücüsüz) olaraq istehsal ediləcək.

Instagram yeni özəlliklərini test edir

Əvvəlki

Aşağı səviyyəli sistemlə oynamaq mümkün olan oyunlar

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up