XƏBƏRLƏR

Çin məktəblərdə mobil telefon istifadəsini qadağan edəcək

0

Çinin Təhsil Nazirliyi uşaqların məktəblərdə telefonlarından istifadə etmələrini qadağan edən bir qərar qəbul etməyə hazırlaşır.

Hökumət rəsmilərinin bu qərara gəlmələrinə səbəb gənclərin görmə qabiliyyətini qorumaq, dərsə olan diqqətlərini artırmaq və internet asılılığının qarşısını almaqdır.

China Daily-də yayımlanan məlumata görə, valideynlər və Pekin hökuməti arasında məsələ ilə bağlı qızğın mübahisələr gedir. Övladları ilə daima ünsiyyətdə olmaq istəyən valideynlər bu qərarın qüvvəyə minməsinə qarşıdırlar. Hökumət isə valideynlərin gün boyu uşaqları ilə ünsiyyət qurmaları üçün alternativ yollardan istifadə edəcəyini söyləyir.

Buna bənzər bir addım bu yaxınlarda Fransa hökuməti tərəfindən də atılmışdı. Fransada hazırda ibtidai və orta məktəb şagirdlərinin telefondan istifadəsi qadağan olunmuşdur.

Yeni sosial media platforması – Clubhouse

Previous article

Amazonun qurucusu Cef Bezos istefa edəcəyini açıqladı

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR