BİZNES

Charlie Bit My Finger videosu NFT olaraq satıldı

0

Bir zamanlar çox məşhurlaşan və müxtəlif versiyaları çıxan əfsanəvi “Charlie Bit My Finger” (Çarli barmağımı dişlədi) videosu NFT (non-fungible token) olaraq satıldı. Videonun satış qiymətini eşidənlər qulaqlarına inanmadı.

883 milyondan çox baxışı olan video 760 min dollardan yuxarı qiymətə satıldı.

2007-ci ildə çıxan videoda üç yaşlı Harry Davies-Carr zarafat etmək üçün bir yaşındakı qardaşı Charlie Davies-Carrın ağzına barmağını salır. Və bu zaman hər kəsin dilinə düşəcək “Charlie Bit Me” ifadəsini söyləyir.

Videonun yüklənməsinin 14-cü ildönümündə başlayan hərrac bir gün davam etdi. Ailə satış başa çatdıqdan sonra videonun YouTube platformasından silinəcəyinə söz verdi. Digər tərəfdən ailə, auksionun qalibinin Harry və Charlie qardaşları ilə videonun parodiya versiyasını çəkəcəyini bildirdi.

İlon Maskın növbəti addımı Ayda bir baza və Marsda bir şəhər qurmaqdır

Previous article

Kriptovalyutalar sürətlə geriləməyə davam edir

Next article

You may also like

Comments

More in BİZNES