TEXNOLOGİYATƏDBİR

CES 2022-də onlayn iştirak edəcək şirkətlər hansılardır?

0

Ötən il pandemiya səbəbi ilə gözlənilən diqqəti görməyən CES-in (Consumer Electronics Show-Consumer Electronics Fair) bu il də qara buludlar üzərindən çəkilmir. Böyük şirkətlərin qərarları CES üçün heç də ürəkaçan olmur.

CES 2022 tədbirində fiziki olaraq yox, uzaqdan, onlayn iştirak edəcək texnologiya şirkətlərinin sayı günbəgün artır.

Əvvəlcə 10 nəhəng şirkətin tədbirdə onlayn iştirak edəcəyi açıqlandı. Bu dəfə yeni xəbər Intel-dən gəldi.

Lenovo, Hisense, T-Mobile, AT&T, Amazon, Meta, Waymo, Twitter, Pinterest və iHeartRadio-nun onlayn iştirak edəcəklərini açıqladığı CES 2022 tədbirinə onlayn qatılacaq daha bir şirkət Intel oldu.

Dünyanın ən böyük texnologiya şirkətləri 5-8 yanvar tarixləri arasında keçiriləcək ilin ən böyük CES texnologiya sərgisində iştirak edəcək. Bu tədbirdə şirkətlər və onların əməkdaşları yeni məhsullarını və innovativ addımlarını nümayiş etdirəcək.

Xiaomi 12-nin ekranı iPhone 13-ü geridə qoyur

Əvvəlki

NASA Perseverance-in bu il çəkdiyi ən çox bəyənilən şəkilləri yayımladı

Sonrakı

Rəylər

Login/Sign up