BİZNES

Cem Yılmaz özünə məxsus rəsm əsərlərini NFT-də satır

0

Son aylarda internet dünyasında NFT konsepti aktualdır. Bu dəfə isə Cem Yılmaz-ın NFT-yə keçidi aktual oldu. Cem Yılmaz hazırladığı rəsmləri NFT versiyada OpenSea-da satmağa başladı. Əvvələr karikaturaçı olan C.Yılmaz rəsm əsərlərini qarşıdakı 6 gün ərzində hərraca çıxaracaq. Rəsm əsərləri ilə buradan tanış ola bilərsiniz.

NFT – “non-fungible tokens/unikal nişan” mənasını verir. Non-Fungible Token (NFT) bənzərsiz rəqəmsal dünyanı əhatə edir. Kolleksiyaçılar, sənətkarlar, virtual oyun məzmunundan rəqəmsal xüsusiyyətlərə qədər bir çox bənzərsiz rəqəmsal fəaliyyətləri təmsil edən NFT-lər, əsasən, Ethereum token standartları və “blockchai”n texnologiyası ilə işləyir. Lakin kriptovalyutalardan fərqli olaraq, NFT Ethereum-un ERC-20 standartında deyil, ERC-721 və ERC-1155 standartlarında satılır. 2017 -ci ildən bəri NFT-də 174 milyon dollar dəyərində satışlar olub.

Bir sözlə, siz bəyəndiyiniz sənətçilərin məhsullarını ala və sata bilərsiniz. Bu günə kimi NFT məhsullarından alış və ya satış etmisinizsə, fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

İnsan əməyinə rəqib olacaq robot

Əvvəlki

Steam 8 dollarlıq oyun paketini pulsuz təklif edəcək

Sonrakı

Rəylər

Login/Sign up