ƏYLƏNCƏOYUN

CD Projekt Red Cyberpunk 2077 haqqında sevindirici xəbərlər verdi

0

CD Projekt Red CEO-su Adam Kicinski Cyberpunk 2077 ilə əlaqədar oyun sevərlərin həyəcanını artıracaq açıqlamalar verdi. Oyunun son versiyasından çox məmnun olduğunu söyləyən Kicinski oyunun inkişaf etdirilməsinin davam etdiyini söylədi.

Oyundakı demək olar ki, hər səhvin düzəldildiyini deyən Kicinski mövcud oyunun keyfiyyətini artırmaq istədiklərini bildirdi. Ümumiyyətlə müsbət məsələlərdən danışan Adam Kicinski oyunçular üçün ümid mənbəyi oldu.

Bildiyiniz kimi, oyun konsol performansına görə çox tənqid olunmuşdu və hətta PlayStation mağazasından çıxarılmışdı. Bununla birlikdə, oyun son yeniləmələrlə performansını bərpa edə bildi və mağazaya yenidən getirildi.

Tezliklə Cyberpunk 2077 üçün əlavə bir paket təqdim edəcək CD Projekt Red yenilənmiş oyunu tamamilə pulsuz olaraq təqdim edəcək.

Lenovo yeni ağıllı saat Smart Clock 2-ni təqdim etdi

Əvvəlki

Orta seqmentli Honor X20 SE təqdim edildi

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up