TELEVİZİYA

CBC Sport HD yayımdan əlavə SD formatında da yayıma başlayır

0

HD formatda fəaliyyət göstərən “CBC Sport”  telekanalı SD formatda da yayıma başlayacaq.

HD formatında  telekanal Bakı və Abşeron yarımadasında maneəsiz olaraq izlənilirdi.
Lakin digər şəhər və rayonlarda kanalı izləmək üçün ayrıca resiver (və ya HD tuner) almaq lazım gəlirdi.

Bunu nəzərə alaraq, “Azərbaycanın müxtəlif rayonlarında da “CBC Sport” kanalının izlənilməsi üçün formatda yenilik edib. Yaxın günlərdə Gəncə, Lerik, Şirvan, Quba, Ağsu, Zaqatala, Ağstafa, Şəki və Qəbələdə yerüstü sərbəst açıq yayımla bu telekanalı izləmək mümkün olacaq.

Qeyd edək ki, “CBC Sport” telekanalı əsasən futbol üzrə Azərbaycan Premyer Liqasını, İtaliya A Seriyasını, Hollandiya Erediviziyasını və Türkiyə Kubokunun görüşlərini tamaşaçılara çatdırır.

Mənbə: ICTnews

Nar” yeni rominq kampaniyasına start verdi

Previous article

Türk gənclərdən növbəti selfie dəliliyi

Next article

You may also like

Comments

More in TELEVİZİYA