ƏYLƏNCƏOYUN

Call of Duty: Warzone 100 milyon oyunçuya çatdı

0

Activision-ın battle royale temalı oyunu Call of Duty: Warzone çıxdıqdan 13 ay sonra əhəmiyyətli bir uğur qazandı. Oyun 100 milyon oyunçuya çatdı.

Warzone Call of Duty-nin pulsuz olaraq təklif olunan oyunudur. Oyunun rəsmi Twitter səhifəsində edilən açıqlamada “artmağa davam edən 100 milyon oyunçu. Hamınıza təşəkkür edirik. Warzone sənsiz olmazdı ”ifadələri işlədildi.

Oyun Fortnite, PUBG və Apex Legends kimi rəqiblərinə tez bir zamanda çata bildi. Warzone-un uğuru həm də oyunçular üçün gələcək yeniliklərin xəbərçisidir. Bu gün baş tutacaq Operation Rapid Sunder tədbirində oyuna zombilər əlavə olunacaq. Bundan əlavə, 1980-ci illərin mövzusuna uyğun bir xəritənin oyuna əlavə edilməsi ehtimalı var.

Yeni özəlliklə 25 GB-dan çox yer tələb edəcək. Buna görə də lazımi qədər yer boşaltmaq fayda var.

Netflix 2021-ci ili üçün 17 milyard dollar büdcə ayırdı

Previous article

HTC Vive Air satışa çıxmazdan əvvəl mükafat qazandı

Next article

You may also like

Comments

More in ƏYLƏNCƏ