MEDİA

BMT və AYİB rəsmisi ASAN xidmət mərkəzi ilə tanış olub

0

21 və 22 oktyabr 2015-ci il tarixində BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adam və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Fil Bennett 5 saylı Bakı ASAN xidmət mərkəzi ilə tanış olub.

Qonaqları salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN xidmət mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ASAN xidmətin yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, ASAN xidmət Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 6 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

ASAN xidmət mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Facebook indi də Google-a rəqib olur!

Previous article

Google Ventures-ın CEO-sundan DNT ilə bağlı maraqlı açıqlamalar

Next article

You may also like

Comments

More in MEDİA