BİZNESXƏBƏRLƏR

BMT rəsmisi ilə İlon Mask arasında Twitter üzərində mübahisə düşdü

0

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli dünyanın iki ən varlı adı İlon Mask və Ceff Bezosa istinad edərək bəzi açıqlamalar verdi.

Onun sözlərinə görə, dünyadakı ultra zəngin adlanan bir qrup, öz sərvətlərinin yalnız kiçik bir hissəsi ilə dünyadakı aclıq probleminin həllinə kömək edə bilər. Maskın Bislinin iddialarına Twitter-də cavab verməsi müzakirələri alovlandırdı.

 

İlon Bisliyə cavabında “Əgər WFP bu Tweet-in altındakı 6 milyard dolların dünya aclığını necə həll edəcəyini dəqiq izah edə bilsə, mən Tesla səhmlərimi elə indi satıb onların dediklərini edəcəm. Ancaq bir şərtim var. Pulun necə və kim tərəfindən istifadə olunduğu ictimaiyyətə açıqlanacaq!” ifadələrini işlətdi.

Maskın ciddiləşdiyini və vəziyyətin gərginləşdiyini görən Bisli sözlərinin səhv anlaşıldığını bildirərək başqa bir tvit paylaşdı. Tvitdə “Təəssüf ki, 6 milyard dollar dünya aclığını həll etməyəcək. Mən bunu heç yerdə deməmişəm. Amma Mask ondan xahiş etdiyim ianə ilə geosiyasi qeyri-sabitliyin və kütləvi miqrasiyanın qarşısını ala bilər. Bu yolla 42 milyon insanı aclıq həddindən xilas edə bilərik. Üstəlik, bu birdəfəlik təklif idi.” açıqlamasını verdi.

Vivo V23e smartfonu ilə bağlı ilkin məlumatlar ortaya çıxdı

Əvvəlki

Məşhur oyun konsolu bəyənilmədi

Sonrakı
Login/Sign up