MALİYYƏ

Bitcoin ucuzlaşdı

0

Dünyanın ən məşhur kriptovalyutası olan Bitcoin dəyər itirməyə başlayıb. İnvestorlarını məyus edən kriptovalyuta avqust ayından bəri ən aşağı dəyərinə düşdü.

Kriptovalyuta bazarında dalğalanma davam edir. Bəzi valyutalar yüksəlir, bəziləri isə investorlarını zərərə salır. Ən məşhur kriptovalyuta olan Bitcoin təəssüf ki, ikinci kateqoriyaya daxil oldu.

Noyabr ayında 69 min dollara çataraq rekord qıran Bitcoin sürətlə dəyər itirir. Bir müddətdir ki, təqribən 43 min dollar olan məşhur kriptovalyuta 24 saat ərzində 7 %-dən çox dəyər itirib. Bu göstərici avqust ayından bəri qeydə alınan ən aşağı səviyyə idi.

39 min dollar olan Bitcoinin niyə bu qədər ucuzlaşdığı hələlik məlum deyil. Əldə olunan məlumatlara görə, bu vəziyyəti yaradan hüquqi tənzimləmələrdir. Bildiyiniz kimi bir çox ölkə kriptovalyutalarla bağlı hüquqi tənzimləmələr üzərində işləyir. Müəyyən ölkələr var ki, hətta kriptovalyutaları qadağa edir.

Məsələn, bu yaxınlarda Rusiya Mərkəzi Bankı kriptovalyutaların qadağan edilməsi təklifi ilə çıxış edib. Bu və buna bənzər addımlar Bitcoin, Ethereum, Dogecoin kimi məşhur valyutaların düşməsinə səbəb ola bilər.

Təbii ki, bunlar sadəcə bir ehtimaldır.

Sizcə, kriptovalyutaların dəyər itirməsinə əsas səbəb nədir?

GeForce NOW kitabxanasına 4 yeni oyun əlavə edilir

Əvvəlki

Apple iPad Pro modellərində M2 prosessorlarından istifadə edəcək

Sonrakı
Login/Sign up