Bitcoin tarixində ilk dəfə 61.000 dollara çatdı və yeni bir rekord qırdı. Ötən ilin sonundan bəri dəyəri üç dəfədən çox artan kriptovalyuta bu rekordun ardından sürətli bir düşüş yaşadı.
İlk olaraq 57.000 dollara düşən və bir müddət bu nisbətlərdə qalan məşhur kriptovalyutanın dəyəri yenidən düşərək 54.000 dollar oldu. Sonra cüzi bir artım olsa da, bu cür dəyişkən rəqəmlər investorları narahat etdi.
Dünyanın ən populyar kripto valyutalarından biri olan Bitcoin 24 saat içərisində 7% geriləyərək çoxlarının ürəyinə qorxu salsa da, ümumi bazar dəyəri ilə hələ də yüksəklərdən səsi gəlir. Rəqəmsal valyutanın ümumi bazar dəyəri 1,5 milyard dollardır.
Comments