BİZNES

Binance CEO-su ən zəngin insanlar siyahısına daxil oldu

0

Bloomberg-in mütəmadi olaraq yenilədiyi ən zəngin insanlar siyahısına Binance-in təsisçisi və baş direktoru Chanqpeng Zao da daxil olmağı bacarıb.                                

“Billionaire index”ni mütəmadi olaraq yeniləyən Bloomberg yeni siyahını dərc edib. CZ ləqəbi ilə tanınan Binance CEO-su Changpeng Zao dünyanın ən zənginləri siyahısına daxil olmağı bacarıb.

Kompüter Elmlərini bitirdikdən sonra Zao McGill Universitetində Tokio Fond Birjası və Bloomberg üçün alış-satış proqramları üzərində işləmişdir. 2013-cü ildə Bitcoin ilə tanış olan Zao kripto pul bazarına maraq göstərir. Binance Zao tərəfindən 2017-ci ildə təsis edilir.

Zaonun hazırkı sərvəti 96 milyard dollar olaraq qiymətləndirilir. Oracle-ın qurucusu Larri Ellisonun sərvətinə yaxınlaşan Zao, son iki ildə sürətlə yüksələn hindistanlı iş adamı Mukeş Ambani ötməyə müvəffəq oldu.

Bu yaxınlarda sərvəti ilə bağlı sualları cavablandıran Zao “Sərvət sıralamasına diqqət etmək əvəzinə, nə qədər insana kömək edə biləcəyinizi düşünməlisiniz.  Sərvət sıralaması əvəzinə, xeyriyyəçilik sayını sıralamaq lazımdır”. ifadələrini işlədib.

LinkedIn-ə Clubhouse bənzəri özəllik gələcək

Əvvəlki

Samsung Galaxy S22 seriyası nə vaxt təqdim olunacaq?

Sonrakı
Login/Sign up