XƏBƏRLƏR

Bill Gates gələcək 2 qlobal fəlakət barədə xəbərdarlıq etdi

0

ABŞ-da yerləşən Microsoft texnologiya şirkətinin qurucusu Bill Gates planetimizin yaxın illərdə qarşılaşacağı 2 qlobal fəlakət barədə xəbərdarlıq etdi.

Ötən illərdə bir çox fərqli platformada qlobal epidemiya haqqında xəbərdarlıq edən Bill Gates-in haqlı olması koronavirus (Covid-19) pandemiyasının ortaya çıxması öz təsdiqini tapmış oldu.

Epidemiya təhlükəsinə qarşı xəbərdarlıq edən və haqlı çıxan Gates, planetimizin qarşılaşacağı daha 2 qlobal fəlakət proqnozunu açıqladı.

Bill Gatesə görə dünyanın növbəti ilk qlobal fəlakəti iqlim dəyişikliyi olacaq. Gates-in fikrincə, iqlim fəlakətinin məhvedici təsiri korona virusundan daha ağır olacaq.

Sərvətinin xeyli hissəsini xeyriyyə işlərində istifadə edən Gates-in sözlərinə görə, dünyanın gələcəkdə qarşılaşacağı ikinci böyük qlobal fəlakət bioterrorizm olacaq.

Terrorçuların kütləvi hücumlar üçün bioloji silahlar istehsal edə biləcəyini vurğulayan Gates, bu hücumların korona virusundan daha çox həyat və maddi itki ilə nəticələnə biləcəyini düşünür.

Astronavtlar 85 gün kosmosda qaldılar

Previous article

Tom Holland Spider-Man 3 haqqında açıqlama verdi

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR