XƏBƏRLƏR

Bill Gates boşanma qərarı ilə gündəmə gəldi

0

Microsoft-un qurucusu və keçmiş CEO-su Bill Gates, həyat yoldaşı Melinda Gates ilə evliliyinə davam edə bilməyəcəklərini açıqladı. Sosial media hesabında qərarını açıqlayan ABŞ milyarderi, bu qərarı çox uzun bir düşünmə prosesi keçdikdən sonra verdiklərini söylədi. O həyat yoldaşı ilə iş həyatında birlikdə çalışmağa davam edəcəklərini də bildirdi.

65 yaşlı Bill Gates 27 ildir ki, Melinda Gates ilə evlidir. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib.

Gates cütlüyü hazırda Bill və Melinda Gates vəqfinin həmsədrləri kimi fəaliyyət göstərir. Forbes jurnalının verdiyi məlumata görə Bill Gates, 124 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları arasında dördüncüdür. Boşanmış cütlüyün vəqfdə 45 milyard dollarlıq sərvətinin olduğu da bilinir.

GTA 6 buraxılış tarixi ilə bağlı yeni iddia ortaya çıxdı

Previous article

Vivo Y52s t1 təqdim olundu

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR