BİZNESMALİYYƏ

Bill Gates “Bitcoin mənlik deyil” dedi

0

Microsoft-un qurucusu Bill Gates bu vaxta qədər Bitcoin-ə investisiya qoymadığını və kriptovalyutanın onluq bir sahə olmadığını söylədi.

Bunun əvəzinə istehsal şirkətlərinə investisiya qoymağı üstün tutduğunu söyləyən Gates, malyariya və qızılca peyvəndlərinə etdiyi investisiyaları nümunə göstərdi.

Dünyanın ən varlı adamlarından biri olan Gates, bu söhbətdən əvvəl Bloomberg-ə verdiyi müsahibəsində İlon Maskın kriptovalyutaya olan marağından bəhs etmişdi.

“Əgər İlondan daha az pulunuz varsa, ehtiyatlı olmalısınız. Çox pulu var və çox ağıllı bir insandır. Bu səbəbdən onun Bitcoin-i üçün narahat deyiləm” ifadələrini işlətmişdi.

İlon Mask tərəfindən qurulan Tesla-nın 1,5 milyard dollarlıq kriptovalyuta alışından sonra Bitcoin-in dəyəri yüzdə 50 artdı və sonra yüzdə 20 düşdü.

ABŞ Maliyyə Naziri Janet Yellen də Bitcoin-in manipulyasiyaya açıq olan “ticarət üçün son dərəcə səmərəsiz bir valyuta” olduğunu söylədi.

2018-ci ildə 20.000 dollara yaxınlaşdıqdan sonra Bitcoin 3200 dollara düşdü. 2019-cu ildə yenidən 10.000 dolların üstünə yüksəldi və son bir neçə ayda 5.000 dollardan 50.000 dollara qalxaraq sürətlə yüksəldi.

Apple və Kia birlikdə elektrikli skuter istehsal etmək fikrindədir

Əvvəlki

Tom Holland Uncharted filmindəki oyunçuluğundan danışdı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up