İDMANMEDİA

Bəhreyn Bakıdakı Formula-1 yarışlarının təşkilinə öz tövhəsini verəcək

0

Bəhreyn Motoidman FederasiyasıBəhreyn Marşallar klubunu təmsil edən mütəxəssis qrupu gələn ilin yayında Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edən paytaxt Bakıya səfər həyata keçirib.

Yarışın Azərbaycandakı rəsmi promouter təşkilatı olan Bakı Şəhər Halqası Bəhreyn Motoidman Federasiyası ilə Azərbaycanda ilk Formula 1 yarışının təşkili işində Bəhreynli mütəxəssislərlə  əməkdaşlıq mövzusunda saziş imzalayıb.

Saziş pilotların həyat təhlükəsizliyi və şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, evakuasiya və s. Kimi yarış əməliyyatlarının səlist,  kəsintisiz aparılması və bilavasitə bu əməliyyatları həyata keçirən xüsusi marşallar qrupunun cəlb olunması və müvafiq təlimlərin aparılmasını özündə əks etdirən çərçivə sənədindən ibarətdir.

Yuxarıda sadalanan əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri Bakı Şəhər Halqası və AAF nümayəndələri ilə birlikdə Bakıdakı şəhər trasını gəzərək onun hər bir hissəsini yaxından öyrəniblər və marşalların trek üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Bu marşallar trek boyu hərəkət edən sürücülərə lazımi komanda və ismarıcları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin olunacaqlar.

Məlumat üçün, 2004-cü ildən Orta Şərq üzrə bütün Formula 1 yarışlarının təşkilatçılığında yer alan Bəhreyn Beynəlxalq halqasının təcrübəli marşallar komandası da 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran Prisinin idman əməliyyatlarına cəlb olunacaq.

“Bakı Avropa Qran Prisi bir çox xüsusiyyətlərinə görə bu günədək Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərdən seçiləcək. Belə ki, Bakıda keçiriləcək Avropa Qran Prisi “Formula 1″in ən sürətli şəhər treki olaraq, 500 milyondan yuxarı TV tamaşaçının izlədiyi möhtəşəm bir hadisə olacaq” – deyə Bakı Şəhər Halqasının  Baş İcraçı Direktoru Arif Rəhimov qeyd edib.

“Bəhreynli ekspertlərlə apardığımız birgə iş növbəti aylar ərzində “Bakı Şəhər Halqası” trası üzrə hazırlıq və planlama işlərində öz faydasını verəcək. Bəhreyn Motoidman Federasiyası yarış təşkilatçılığı və idman əməliyyatlarının effektiv təşkili üzrə dünya standartına imza atıb və bizim komandamız bu standarta tam cavab vermək niyyətindədir”.

Uzunluğu 6 km-dən bir qədər artıq olan “Bakı Şəhər Halqası”, trasın uzunluğuna görə dünyada ikincidir. Unikal Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı Formula 1 avtomobilləri Bakının UNESCO Ümumdünya İrsi siyahısına daxil olan İçəri-şəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını görəcəklər.

Google Ventures-ın CEO-sundan DNT ilə bağlı maraqlı açıqlamalar

Previous article

Apple Music tezliklə Android-də

Next article

You may also like

Comments

More in İDMAN