MEDİATƏDBİRXƏBƏRLƏR

BakuTel sərgisi çərçivəsində elmi-praktiki konfrans keçiriləcək

0

5 dekabr 2015-ci il tarixdə 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (BakuTel 2015) çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransın əsas istiqamətləri:

  • Big DataMining və Big Data analitika
  • Big Data arxitekturaları
  • Big Data-nın təhlükəsizliyi
  • Big Data-nın tətbiqləri

Məruzələrin tərtibatına dair tələblər:

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş və əvvəllər çap olunmamış materiallar qəbul olunur.

Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamalıdır.

Məruzə elektron şəkildə [email protected] ünvanına göndərilməlidir. Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır.

Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar Microsoft Equation redaktorunda (avtomatik parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir.

Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (ingilis, Azərbaycan və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc.

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE (aze).doc.

Mühüm tarixlər:

  • 05 noyabr 2015: Məruzələrin təqdim edilməsi üçün son tarix
  • 15 noyabr 2015: Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi
  • 5 dekabr 2015: Konfransın iş günü

Əlaqə:

Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9. AMEA İnformasiyaTexnologiyaları İnstitutu

Qeyd edək ki, BakuTel 2015 sərgisi 2-5 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq. NOD Magazine BakuTel 2015-in rəsmi interner tərəfdaşıdır.

Fenerbahçe yeniliklərə davam edir

Previous article

Artan qiymətinə baxmayaraq iPhone-lara tələb artır

Next article

You may also like

Comments

More in MEDİA