ƏYLƏNCƏOYUN

Avatar-ın yeni mobil oyunu hazırlanır

0

Ubisoft yaratdığı iki Avatar oyununa əlavə olaraq mobil platformalara gələcək Avatar: Reckoning oyununu da elan etdi.

Ubisoft iki Avatar oyunu hazırlayırdı. Onlardan biri Avatar: Frontiers of Pandora, digəri isə mobil oyun Avatar: Pandora Rising. Şirkət bu oyunlara əlavə olaraq James Cameron-un film seriyası əsasında hazırlanmış Avatar: Reckoning video oyununu da elan etdi.

Oyun Achosaur Games tərəfindən hazırlanır. Bundan əlavə, Tencent, Cameron’s Lightstorm Entertainment və Disney ilə əməkdaşlıq edilir. Oyun mobil cihazlar üçün gələcək və çox oyunçulu olacaq.

Bizdə olan məlumatlara görə Avatar: Reckoning 2022-ci ildə iOS və Android platformalarına gələcək. Avatar: Reckoning oyunçuları Pandoranın filmlərdə görünməmiş hissələrinə aparır. Oyunçular evlərini və resurslarını onları ələ keçirməyə çalışan RDA qüvvələrindən qorumaq üçün mübarizə aparan Navi klanları ilə görüşür. 

İndiyə qədər heç bir oyun videosu yayımlanmayıb.

Avatar 2-nin bu ilin dekabrında kinoteatrlarda nümayişi gözlənilir. 2009-cu ildə ekranlara çıxan “Avatar” qlobal kassada 2,847 milyard dollar qazanaraq tarixin ən uğurlu filmi olub.

Avatar haqqında nə düşünürsünüz? Yeni mobil oyundan gözləntiləriniz nədir?

STALKER 2-nin yeni qərarı pərəstişkarlarını məyus etdi

Əvvəlki

Hitman tezliklə Xbox Game Pass-a gələcək

Sonrakı

Rəylər

Login/Sign up