TEXNOLOGİYA

Artıq dünyaca məşhur Luvr muzeyini onlayn ziyarət etmək mümkündür

0

Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən böyük və dünyaca məşhur muzeyi Luvr onlayn fəaliyyətə başladı. Hal-hazırda məhdud sayda sənət əsərini onlayn ziyarət etmək mümkündür. Sənət əsərlərinin hamısını isə cümə günü onlayn görmək mümkün olacaq. Eyni zamanda incəsənət həvəskarları anbardakı və müvəqqəti Luvra gətirilmiş sənət əsərlərinə də veb saytdan daxil olaraq baxa bilər.

Hazırda onlayn olaraq mövcud olan əsərlər arasında Mona Liza, Venera de Milo, Napoleonun tacqoyma mərasimi və Xalqın Önündəki Azadlıq var. Siz onlayn olaraq Luvru ziyarət etdikdə təkcə rəsm əsərlərini yox, eyni zamanda heykəlləri, zərgərlik əşyalarını, antik mebelləri, kitabələri və qədim əşyaları da görə bilərsiniz.

Etməniz gərəkən isə ancaq  collections.louvre.fr linkinə daxil olmaqdır.

Facebook və Google iki qitəni birləşdirəcək

Previous article

LinkedIn də Clubhouse bənzəri özəllik üzərində işləyir

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA