ƏYLƏNCƏOYUN

Army of the Dead 2 yoldadır

0

Netflix-in yayımladığı 2021-ci ilin ikinci rübünün hesabatlarına görə, 75 milyon izlənmə ilə platformanın ən populyar məzmunu olan Army of the Dead filminin davamı çəkiləcək.

Zack Snyder, həyat yoldaşı Deborah Snyder və ortaqları olan Wesley Coller tərəfindən qurulan Stone Quarry Productions şirkəti ilə Netflix arasında müqavilə imzalanıb.

Xatırladaq ki, təxminən 90 milyon dollar büdcə ilə çəkilən Army of the Dead (Ölülər Ordusu) ilk olaraq ABŞ-dakı kinoteatrlarda nümayiş olunmuşdu. Rəqəmsal yayım hüquqlarının Netflix-ə satılması ilə 190 ölkədə eyni zamanda yayımlanmağa başladı.

Army of the Dead 2 filmi üçün həyəcanlanmağa hələ tezdir. Çünki filmin istehsal prosesinə 2022-ci ildə başlanılması gözlənilir.

OnePlus Buds Pro təqdim olundu

Əvvəlki

IPhone ilə edilən zarafat aeroportu bir-birinə qatdı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up