APPLE

Apple Watch istifadəçilərinin sayı 100 milyonu keçdi

0

Son illərdə çox populyarlaşan geyilə bilən texnologiyalardan biri də ağıllı saatlardır.

Ürək döyüntü sayını ölçmə, yuxu rejmini izləmə və stres səviyyəsini ölçmə kimi sağlamlıq məlumatları verən ağıllı saatlar hər ötən gün yeni xüsusiyyətlər qazanır.

Apple tərəfindən istehsal olunan Apple Watch modelləri ən çox sevilənlər arasındadır. İlk dəfə 2015-ci ildə buraxılan Apple Watch-un istifadəçilərinin sayı 100 milyon-u keçib.

Bu illər ərzində durmadan yüksələn ağıllı saat 2016-cı ildə 18 milyon, 2017-ci ildə 32 milyon, 2018-ci ildə 50 milyon, 2019-cu ildə 72 milyon istifadəçiyə çatdı. 2020-ci ildə isə bu rəqəm 102 milyon oldu.

Apple-ın yeni hədəfi Appl Watch modellərinin 1 milyard istifadəçiyə çatmasıdır. Bu rəqəmə çatmaq hələlik olduqca çətin görünsə də, brend bu məqsədə çatmaq üçün saatlarına fərqli xüsusiyyətlər və dizaynlar gətirməyi planlaşdırır.

Bundan əlavə, ABŞ şirkəti 2022-ci ildə ağıllı saat satışlarının Mac-ı üstələyəcəyini gözləyir.

Google Stadia platformasında 100-dən çox oyun yayımlanacaq

Previous article

Dota 2 video oyununun anime versiyası hazırlanır

Next article

You may also like

Comments

More in APPLE