APPLESAAT

Apple Watch 6 Covid-19 əlamətlərini aşkar edəcək

0

Ağıllı saatlar və qolbağlar kimi geyilə bilən texnologiyalar bir çox sahələrdə həyatımızı asanlaşdıra bilirlər. Bu məhsullar sahib olduqları texnologiyalar sayəsində sağlamlığımız haqqında bizə çox məlumat verirlər. Apple brendinə məxsus Watch 6 isə bu işin öhdəsindən çox yüksək səviyyədə gələ biləcək.

Washington Universiteti ilə əməkdaşlıq edən ABŞ şirkəti, ağıllı saatlarının Covid-19 simptomlarını aşkar edə biləcəyi bir xüsusiyyət üzərində işləyir.

Bunun üçün bir komanda quran ABŞ texnologiya nəhəngi layihə üçün saatdakı oksigen və ürək döyüntüsü sensorunu istifadə etməyi planlaşdırır. Şirkət Covid-19 və ya müxtəlif tənəffüs xəstəliklərinin erkən əlamətlərini aşkar edəcək bu sensorlardan alınan məlumatları avtomatik olaraq izləyəcək. Sistem simptom aşkar etdikdə, Apple Watch 6 istifadəçisini xəbərdar edəcək.

Şirkət bu xüsusiyyətin gələcəkdə ürək çatışmazlığı və astma kimi ciddi xəstəliklərin ilk simptomlarını aşkar etməsini istəyir.

Fast and Furious 9 filmindən yeni treyler gəldi

Previous article

Google Assistant ilə itirdiyiniz iPhone-nunuzu tapa biləcəksiniz

Next article

You may also like

Comments

More in APPLE