TELEVİZİYAXƏBƏRLƏR

Apple TV gələn həftədən satışda!

0

WSJD Canlı konfrans zamanı çıxışı əsnasında Apple şirkətinin CEO-su Tim Cook bildirib ki, yeni nəsil Apple TV gələn həftədən satışa çıxacaq. Məlumata görə sifarişlər 26 oktyabr tarixindən etibarən qəbul olunacaq və çatdırılma xidmətləri elə həmin həftənin sonunda başlayacaq.

Keçən ay Apple şirkətinin yeni məhsullarını təqdim etdiyi tədbirdə müştəriləri ilə tanış olan Apple TV bir sıra yeni xüsusiyyətləri ilə yadda qalmışdır. Ən çox danışılan xüsusiyyətlərə misal olaraq Siri inteqrasiya və multipleyer oyun oynama imkanını göstərmək olar.

Apple TV məhsullarının qiymətləri belədir:

  • 32 GB – 149 dollar
  • 64 GB – 199 dollar

Əgər kimsə sizi izləyirsə Facebook xəbər verəcək

Previous article

Nexus 5X-in barmaq sensoru iPhone 6S-dən daha sürətlidir

Next article

You may also like

Comments

More in TELEVİZİYA