APPLEBİZNES

Apple son altı ildə 100-dən çox şirkət satın alıb

0

Amerikalı nəhəng texnologiya şirkəti Apple-ın CEO-su Tim Cook, son altı ildə 100-dən çox şirkət aldıqlarını açıqladı. Bu o deməkdir ki, Apple şirkəti hər 3-4 həftədə bir şirkət alır.

Cook dünən səhmdarların toplantısında bu satınalmaların əsasən texnologiya yönümlü olduğunu söylədi.

Apple-ın son 10 ildə ən böyük alışı qulaqlıq istehsalçısı Beats Electronics olub. Apple rap müğənnisi və prodüser Dr. Dr.Dre-nin qurduğu şirkətə 2014-cü ildə 3 milyard dollar ödəmişdi.

Şirkət 2018-ci ildə mahnı tanıma tətbiqi olan Shazam-ı 400 milyon dollara satın almışdı.

Apple kiçik şirkətlər alır və yeniliklərini məhsullarına inteqrasiya edir.

Bunlardan biri də 3D texnologiyasını inkişaf etdirən İsrail şirkəti PrimeSense-dir. Apple bu yenilikdən FaceID (üz tanıma) texnologiyasında istifadə etdi.

Şirkət eyni zamanda iPhone və Macbook kompüterləri üçün “backend” texnologiyasına böyük sərmayə qoyub.

Apple-ın ötən ilki investisiyaları arasında süni zəka, virtual reallıq, ödəmə sistemi və podcast şirkətləri var.

Şirkət sürücüsüz avtomobil istehsalçısı Drive.ai-ni 2019-cu ildə satın alaraq öz elektrikli avtomobil dünyasına birləşdirdi.

2016-cı ildə şirkət Uberin Asiyadakı ən böyük rəqibi olan Didi Chuxing xidmətinə milyard dollar sərmayə qoydu.

Analitiklər Apple-ın son altı ildə 100 şirkət aldığını , lakin yenə də satın almalarda çox seçici davrandığını söyləyirlər.

Məsələn, elektrikli avtomobil istehsalçısı Tesla-nın qurucusu İlon Mask 2013-cü ildə şirkəti çətin günlərində Cook-a satmağa çalışmış, lakin Tim Cook Tesla-nı almaqdan imtina etmişdi.

Eyni zamanda Apple alış-veriş zamanı “qənaətcil” davranır.

Məsələn, Microsoft LinkedIn-ə 26 milyard, Amazon Whole Foods-a 17,3 milyard dollar, WhatsApp-a 19 milyard dollar ödəyib. Amma Apple-ın ən bahalı 10 alış-verişinə xərclədiyi məbləğin cəmi, bunların hər hansı biri üçün ödənilən məbləğdən xeyli aşağıdır.

Valheim ard-arda rekordlar qırır

Previous article

Kena: Bridge of Spirits-in buraxılış tarixi açıqlandı

Next article

You may also like

Comments

More in APPLE