APPLE

Apple sentyabr ayında hansı məhsulları təqdim edəcək?

0
Sentyabr ayı deyildikdə ağıla ilk olaraq yeni iPhone-lar gəlir. Çünki ötən il koronavirus pandemiyası səbəbindən bir aylıq gecikmə yaşansa da, Apple-ın yeni telefonları illərdir ki, sentyabr ayında təqdim edilir. Deməli, bu ilin sentyabr tədbirinə bir aydan da az bir zaman qalıb.
Təsəvvür etdiyiniz kimi bu tədbirin ulduzu iPhone 14 seriyası olacaq. Mini modelini ixtisara salan Apple iPhone 14 Mini əvəzinə iPhone 14 Max elan edəcək. Bu model Pro olmayan modellər arasında daha böyük ekranlı seçim kimi yer alacaq. Digər iki model iPhone 14 Pro və 14 Pro Max olacaq.
Normal modellərin iPhone 13-də istifadə edilən Apple A15 Bionic prosessoru ilə təchiz ediləcəyi, Pro modellərinin isə yeni dizayn, daha yaxşı prosessor və daha yaxşı kamera ilə gələcəyi bildirilir.
Bloomberg-dən Mark Qurman bildirib ki, Apple 2022-ci ildə ağıllı saatlarda da əhəmiyyətli yeniliklər edəcək. Bu kontekstdə iPhone 14 ilə birlikdə təqdim ediləcək Apple Watch Series 8-in daha yaxşı batareya ömrü və bədən istiliyi ölçmə sensoru olacağı deyilir.
Fərqli dizayna və daha möhkəm materiallara sahib olan Watch Pro modelinin də gələcəyi iddia edilir. Bundan əlavə, sentyabr tədbirində Apple-ın çoxdan gözlənilən AirPods Pro 2-ni təqdim etmək ehtimalı var.
AirPods Pro 2-nin Bluetooth 5.2 texnologiyasını dəstəkləyən ilk qulaqlıq olacağı və LC3 kodek ilə birlikdə gələcəyi iddialar arasındadır.

Gözlənilən Asus Zenfone 9 təqdim edildi

Əvvəlki

iPhone 14 və iPhone 14 Pro arasındakı fərqlər nə olacaq?

Sonrakı
Login/Sign up