APPLE

Apple Mac və iPad cihazlarını birləşdirəcəkmi?

0

Apple təşkil etdiyi Spring Event tədbiri ilə yeni cihazlarını təqdim etdi. Tədbirin ən maraqlı hissəsi şübhəsiz ki, Apple M1 prosessorlu iPad Pro modelinin və bənövşəyi rəngli iPhone 12/12 Mini modellərinin təqdimatı idi. Möhtəşəm tədbirdən sonra əlbəttə bəzi iddialar irəli sürülməyə başladı. Bu iddialardan ən çox səs-küyə səbəb olan Apple-ın Mac və iPad modellərini birləşdirəcəyi iddiası oldu. Bəs həqiqətən də Apple bu addımı atacaqmı?

Bir iPad modelində ən güclü prosessorlarından biri olan M1 prosessorunun istifadəsi iki cihazın birləşmə iddialarını gücləndirdi. Əslində çox zaman şirkətlər belə iddialara dərhal cavab vermək əvəzinə, məhsul buraxılana qədər səssizliklərini qoruyurlar. Amma Apple tərəfdən iddialara tez bir zamanda cavab gəldi. Apple marketinq direktoru Greg Joswiak Apple-ın iMac və iPad modellərini birləşdirmək məqsədində olmadığını, sadəcə məhsul seriyasında ən yaxşısını təqdim etməyə çalışdığını söylədi.

Ilon Mask 100 milyon dollarlıq yarışma keçirir

Previous article

Xiaomi Redmi K40 Gaming modelindən yeni xəbərlər gəlir

Next article

You may also like

Comments

More in APPLE