APPLE

Apple kompüter modellərində inqilab edəcək bir soyutma sistemi dizayn edir

0

Apple şirkəti MacBook Pro kompüter modellərində inqilab edəcək bir soyutma sistemi dizayn edir. Tənzimlənən ayaqlar sayəsində kompüteriniz bir daha isinməyəcək.

Apple-ın M1 çiplərini təqdim etməsi seriyaya yüksək performans və uzun ömürlü batareya bəxş etdi. Cihazlarda istilik problemi az olsa da bu problemin cihaz işləndikcə gələcəkdə ortaya çıxıb-çıxmayacağı bəlli deyildi. Apple bu isinmə problemini kökündən həll etmək eşqinə düşüb. Şirkət bunun üçün inkişaf etmiş bir soyutma sistemi yaratmağı düşünür. MacBook Pro-lara quraşdırılacaq tənzimlənə bilən  ayaqlar Apple-ı bu arzusuna çatdıracaq.

Sözügedən ayaqlar kompüterin arxasını 3,8 millimetr qaldıracaq və nəticədə hava axını artacaq. Bu isə kompüterin isinməsinin qarşısını birdəfəlik alacaq. Hətta şirkət bu ayaqlar üçün  patent müraciəti də edib. Müraciət isə “termal performans üçün tənzimlənə bilən ayaqlar” adlanır.

HarmonyOS ilə işləyəcək ilk telefon bəlli oldu

Previous article

Netflix-dən möhtəşəm anime layihəsi gəlir

Next article

You may also like

Comments

More in APPLE